Azərbaycanın utilizasiya proqramı kimləri avtomobilsiz qoyacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər Azərbaycanda köhnə avtomobillərin utilizasiyası ilə bağlı proqramın həyata keçiriləcəyi bildirilir. Bu xəbəri eşidən köhnə avtomobil sahibləri narahat olmağa başlayıb.
Bəs, görəsən, hansı maşınlar köhnə hesab olunur? Bu proqramın icrası hansı avtomobillərə şamil olunacaq?
BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı Ted.az-a danışan nəqliyyat eksperti Şahin Göyləroğlu köhnə avtomobil anlayışının yalnış olduğunu bildirib:
“Yararsız avtomobil ola bilər. İllə hesablasaq, düzgün olmayacaq. Almaniyada bu gün istehsal ilindən asılı olmayaraq dizellə işləyən maşınları yeni olsa belə istismara, ekoloji normalara yararsızdır deyib, utilizasiya edirlər.
Hansı ki, bir çox dünya ölkələri o avtomobilləri böyük həvəslə import edir və ölkəsində istifadə edir. Ona görə də biz avtomobilin köhnəlməsi deyil, yararsızlığı üzərindən çıxış edə bilərik".
Onun sözlərinə görə, Azərbaycan Respublikası Yol hərəkəti təhlükəsizliyi haqqında 2019-2020-ci illəri əhatə edən Dövlət Proqramının 7.3.7 bölümündə utilizasiya haqqında məlumat var:
"Orada hansı avtomobillərin utilizasiya olunması barədə qeyd olunub. Azərbaycanda əsas şərt belə qoyulub ki, utilizasiya texniki təhlükəsizlik cəhətdən, eyni zamanda ekoloji cəhətdən yararsız olan avtomobillərə şamil olunacaq.
Texniki təhlükəsizlik dedikdə aktiv-passiv təhlükəsizlik və qəza sonrası təhlükəsizlik nəzərdə tutulur. Ekolojini də kənara qoyaraq sadəcə bu təhlükəsizlikləri nəzərə alsaq, ölkədə olan 60 faiz, haradasa 650000 avtomobil bu siyahıya düşür. Bu, köhnə sovet istehsalı olan avtomobilləri əhatə edir".
Ekspert ilk olaraq istehsal tarixindən 30 ildən çox keçmiş avtomobillərin utilizasiya proqramına daxil ola biləcəyini qeyd edib:
“Çünki bu avtomobillər bizdə o qədər çoxdur ki, birdən-birə bu qədər maşına kompensasiya ödəmək və yaxud bu qədər avtomobili əhalinin əlindən almaq bir az çətin olacaq.
Düzdür, yararsız avtomobillər də təhlükəlidir, amma bunu birdən-birə etmək çətin ola bilər. Ona görə də proqramın icrası, bəlkə də, 2-3 il çəkəcək və ilk etapda 1990-cı ilə qədər istehsal olunan avtomobillər götürüləcək. Çünki bunlar nə təhlükəsizlik, nə də ekoloji normalara uyğun gəlir”.
“İkinci etapda 90-95-ci illər arası texniki təhlükəsizlik və ekoloji normalara cavab verməyən avtomobillər götürülə bilər.
Əgər ölkənin Maddi vəziyyəti yaxşı olarsa və gələcəyə doğru Avropa normativləri, ekoloji normativlər, dünyada üzərimizə götürdüyümüz öhdəliklər bizi sıxarsa, o zaman, düşünürəm ki, 3-4 ildən sonra 2000-ci ilə qədər istehsal olunan avtomobilləri təhlükəsizlik və ekoloji yararsızlığına əsasən utilizasiya edə bilərlər”, — deyə Şahin Göyləroğlu vurğulayıb.
Oxşar xəbərlər
Köhnə maşınınızı təhvil verin, təzəsini əldə edin - Dövlət yeni layihə işə salır
Son illər Azərbaycanda maşınların sayında hiss olunacaq dərəcədə artım müşahidə edilir. Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, 2019-cu...