Azərbaycanın Ukrayna universitetindəki növbəti uğuru - FOTOLAR
01
okt
2019
12:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Taras Şevçenko adına Kiyev Milli Universitetində “İnformasiya cəmiyyətində Azərbaycanın iqtisadi təhlükəsizliyi” mövzusunda elmi iş müdafiə olunub.BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, azərbaycanlı Kənan Salayevin elmlər namizədliyi üçün bu mövzuda etdiyi müdafiə işində Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Ukrayna Elmlər Akademiyasının, Taras Şevçenko adına Kiyev Milli Universitetinin və digər ali təhsil ocaqlarının professor heyəti iştirak edib.Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.Sonra K.Salayevin elmi işi barədə geniş məlumat verilib.Bundan sonra K.Salayev Azərbaycanın iqtisadi uğurları, onun dinamikası, təhlükəsizliyi barədə geniş məruzə ilə çıxış edib.Qeyd edib ki, xarici ölkələrlə əməkdaşlığın inkişafı fonunda Azərbaycanın iqtisadi təhlükəsizliyi əhəmiyyəti artmaqdadır. Bu baxımdan Azərbaycanın makro və mikro iqtisadi layihələrində iqtisadi təhlükəsizlik, milli maraqlar öndədir: "Azərbaycanda demoqrafik vəziyyət ölkə iqtisadiyyatının inkişafına təsir edən amillərdən biridir".Daha sonra elmi işin rəhbəri, iqtisadi elmlər doktorlu, professor Oksana Jilenska çıxış edərək K.Salayevin seçdiyi mövzu haqqında geniş məlumat verib.Digər çıxışlardan sonra K. Salayev professor heyətinin müdafiə işi ilə bağlı suallarını cavablandırıb.
Qalereya
Oxşar xəbərlər
STM-də Çin nümayəndə heyəti ilə görüş keçirilib
5 avqust 2019-cu il tarixində Sosial Tədqiqatlar Mərkəzində Azərbaycanda səfərdə olan Çin Sosial Elmlər Akademiyasının (ÇSEA-CASS), Siyasi Elmlər İnstitutunun d...