Rayonlara güclü qar yağıb - Yollardakı son vəziyyət açıqlandı

Rayonlara güclü qar yağıb - Yollardakı son vəziyyət açıqlandı
Video
Sosial 225

Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağıb.

BAKU.WS xəbər verir ki, kəskin hava şəraiti səbəbindən yollarda bəzi çətinliklər müşahidə olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə bildirilib ki, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.

Bundan başqa, Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır.

Eyni zamanda, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb.

Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.

Həmçinin Quba-Qusar və Qusar-Şahdağ avtomobil yollarında qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir. Yolda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib.

Son xəbərlər