Azərbaycanın sərhədyanı ərazilərində tikinti ilə bağlı yeni qayda
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti 6 yanvar 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Sərhədyanı ərazilərdə, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları"nda dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra nəzərdə tutulan işlərin aparılması üçün icazə almış şəxs Azərbaycanın dövlət sərhədində sərhədboyu zolaqda dövlət sərhədinin mühafizəsinin təmin olunmasına münasibətdə Dövlət Sərhəd Xidmətini aparılacaq işlər barədə məlumatlandırmalı, işlərin yoxlanılması üçün ona şərait yaratmalıdır.
Həmçinin Azərbaycanın dövlət sərhədində sərhədboyu zolaqda fəaliyyət zamanı yol verilən pozuntular dövlət sərhədinin mühafizəsinin təmin olunmasına maneə yaratdıqda həmin fəaliyyəti Dövlət Sərhəd Xidməti dayandırıcaq və bu barədə aidiyyəti dövlət orqanlarını məlumatlandıracaq.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...