Azərbaycanın regionlarında hepatitlərin müalicəsi məqsədilə komissiyalar yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın regionlarında hepatitlərin müalicəsi məqsədilə komissiyaların təşkili planlaşdırılır.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, TƏBİB əhali arasında viruslu hepatitlərin yayılmasının qarşısını almaq üçün müvafiq beynəlxalq qurumlarla işi davam etdirir.
Qeyd edək ki, ÜST-ün 2019-ci ildə verdiyi məlumatlara əsasən dünyada hepatit C ilə yaşayan insanların sayı 58 milyon, hepatit B ilə isə 296 milyon nəfər təşkil edib ki, onlardan da 1,1 milyon nəfəri 2019-cu ildə bu infeksiyalar və onların təsiri, o cümlədən qaraciyər xərçəngi, sirroz və xroniki virus hepatitlərinin səbəb olduğu digər ağırlaşmalar səbəbindən vəfat edib.
Oxşar xəbərlər
Azərbaycanda B və C hepatitlərinin yayılmasına qarşı mübarizə tədbirləri aparılır
Azərbaycanda B və C hepatitlərinin yayılmasına qarşı mübarizə tədbirləri aparılır. "TƏBİB"dən BAKU.WS-ə bildirilib ki, “B və C hepatitli xəstələrin virus əleyhi...