Azərbaycanın quru sərhədləri bu tarixdən açıla bilər - Komitə üzvündən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-də başa çatır.
BAKU.WS xəbər verir ki, ölkəmizdə karantin dövründən qalan əsas qadağa sərhədlərin bağlı qalmasıdır.
Qonşu ölkələrdə koronavirusla bağlı mövcud durumu nəzərə alaraq iyulun 1-dən sərhədlərin açılması istisna deyil. Məsələyə münasibət öyrənmək üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynova müracit etdik. Komitə üzvü BAKU.WS-ə bildirdi ki, xüsusi karantin rejimin müddəti Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilir:
"Nazirlər Kabineti davamlı olaraq dünyada baş verən proseslərə adekvat olaraq adımlar atır, karantin rejimi ilə bağlı ötən illərdə məhdudlaşdırıcı tədbirlərin yumşaldılması, məhdudiyyətlərin aradan götürülməsi və s. tədbirlər də məhz qlobal proseslərə uyğun nizamlanıb. Buna görə də, çox güman ki, Nazirlər Kabineti iyulun 1-dən sonra pandemiyanın başa çatmasını və dünya reallıqlarını nəzərə alaraq xüsusi karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edəcək".
Oxşar xəbərlər
Azərbaycanın bu ölkələrlə quru sərhədləri açıla bilər - VACİB AÇIQLAMA
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı bir sıra tələblər aradan qaldırılıb. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. BAKU.WS-in məlumat...