Azərbaycanın quru sərhədləri yanvarın 1-dən açılacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“Quru sərhədlərin açılması son dövrlər müzakirə edilən məsələlərdəndir. Bu məsələ ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir. Bu ilin sonunadək karantin rejimi uzadılıb. ”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, artıq dünyada post pandemiya dövrünə qədəm qoyulub: “Bu baxımdan qərargah tərəfindən verilən qərarların yumşalması prosesi də son dövrlər müşahidə edilməkdədir. Növbəti ildə də quru sərhədlərin açılması birbaşa Operativ Qərargahın mövqeyindən asılı olacaq.
Biz növbəti ildən quru sərhədlərin mərhələli şəkildə açılmasını məqsədəuyğun hesab edirik. Bu, həm turzimin inkişafı, həm də vətəndaşlarımızın xarici səfərləri baxımdan vacibdir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...