Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina koronavirusa yoluxub.
BAKU.WS xəbər verir ki, bu barədə report-a 73 yaşlı mütəxəssisin özü məlumat verib.
Veteran həndbolçu 5 gündür ev şəraitində müalicə olunduğunu və hazırda özünü yaxşı hiss etdiyini bildirib.
Şubina soyuqdəymədən xəstələndiyini söyləyib: "Mən hovuza gedirəm. Yəqin ki, orada soyuqdəyməm olub və bu da hazırkı xəstəliyə gətirib çıxarıb".
Qeyd edək ki, Lyudmila Şubina keçmiş SSRİ yığmasının tərkibində 1976-cı il Monreal Yay Olimpiya Oyunlarının qalibi olub.
O, həmçinin dünya çempionatlarında gümüş (1975) və bürünc (1973) medallar qazanıb. Hazırda Şubina "Qaradağ" həndbol klubunun prezidentidir.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxan və vəfat edən məşhurların SİYAHISI
Bütün dünyanı cənginə alan koronavirus pandemiyasından Azərbaycanda da, təəssüf ki, yoluxan və ölənlərin sayı artmaqdadır. Hazırda ölkə ərazisində ümumi yoluxma...