Azərbaycanın bu şəhərində 12 binadan ibarət yaşayış kompleksi TİKİLƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşa şəhərində, D-4 massivində çoxmərtəbəli binalardan ibarət yeni yaşayış kompleksinin tikintisinin ikinci mərhələsinə start verilir.
BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində 1, 2, 3, 10, 11 və 12 nömrəli binaların inşası ilə yanaşı, ərazidə abadlıq işləri görüləcək, sahədaxili kommunikasiya xətləri və digər qurğuların tikintisi də həyata keçiriləcək.
Ümumilikdə 12 binanın inşası nəzərdə tutulur.
Satınalma prosesi "Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsi tərəfindən həyata keçirilir. Layihənin ehtimal olunan dəyəri 20 milyon 618 min 100 manat 75 qəpik olaraq müəyyən edilib.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...