Azərbaycandan turist axını 3 %-ə yaxın azalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 1 milyon 947 min nəfər olub.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 41,6 faizi Türkiyəyə, 14,4 faizi Rusiyaya, 10,8 faizi Gürcüstana, 9,5 faizi İrana, 23,7 faizi digər ölkələrə səfər edib, 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Gürcüstana gedənlərin sayı 20,5 faiz, İrana gedənlərin sayı 6,8 faiz artıb, Rusiyaya gedənlərin sayı 31,8 faiz, Türkiyəyə gedənlərin sayı isə 2,0 faiz azalıb.
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,9 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...