Azərbaycanda yeni reyestr yaradılacaq

Azərbaycanda yeni reyestr yaradılacaq
Sosial 387
Azərbaycanda Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.Belə ki, qanuna yeni 11-3-cü maddə (Məhkəmə Ekspertlərinin Reyestri) əlavə edilir.Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək.Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək.“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik Milli Məclisin noyabrın 19-da keçiriləcək plenar iclasında I oxunuşda müzakirə ediləcək.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda yeni medal təsis edilir

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif olunur.BAKU.WS xəbər verir ki, təklifə əsasən, “Bakı Dövlət...

4 Sosial 14:23 23 sentyabr 2019

Son xəbərlər