Azərbaycanda vurulacaq peyvəndlərlə bağlı daha bir vacib AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu sözləri TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.
Vaksinin vurulan kimi insanı qoruyub-qorumadığına dair suallara cavab olaraq Y.Qarayeva deyib ki, bu, dərhal baş vermir:
“Uzun illərdir ki, vaksinlərlə çalışıram. Vaksinasiyanın prinsipi bundan ibarətdir ki, 1-2 ay və ya 4 həftə öncədən vurulmalıdır. Peyvənd iki dozadan ibarətdir. Odur ki, vaksin vurulduqdan sonra müəyyən bir müddət sonra orqanizmdə qoruyucu anticisimlər yaranacaq”.
O bildirib ki, ölkədə vurulan hər bir peyvənd qeydiyyata alınacaq:
“TƏBİB hər bir rayonda vurulan peyvəndin seriyasını, tibb məntəqəsinin qeydiyyatını aparacaq. Bütün bu proseslər şəffaf şəkildə təşkil ediləcək”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...