Azərbaycanda I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq - RƏSMİ

Azərbaycanda I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq - RƏSMİ
Sosial 455

Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

BAKU.WS xəbər verir ki, qanuna dəyişikliklərdə əsasən “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.

Qanuna dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalar əsasında keçiriləcək. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Qeyd edək ki, əvvəlki anlayışla müqayisədə orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əlillik yeni meyarlar üzrə təyin olunacaq - Detallar açıqlanıb

Əlillik yeni meyarlar üzrə təyin olunacaq - Detallar açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi...

377 Sosial 10:41 04 iyun 2021

Son xəbərlər