Azərbaycanda üç rayona polis rəisləri təyin edilib

Daxili işlər orqanlarında yeni təyinatlar olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, imzalanmış müvafiq əmrlə Nərimanov Rayon Polis İdarəsinin rəisinin əməliyyat üzrə müavini polis polkovniki Hikmət Vəliyev vəzifədən azad edilib.
O, Saatlı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.Bundan başqa Oğuz Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Vüqar Əliyev rotasiya qaydasında vəzifədən azad edilərək İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin olunub.
İsmayıllı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Şəmşir Kazımov isə müvafiq əmrlə Göygölün polis rəisi təyin olunub.

Oxşar xəbərlər
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - ÜNVANLAR
Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. 28, 29 iyun tarixlərində bayra...