Azərbaycanda tütünün qurudulması və emalını həyata keçirən müəssisə inşa ediləcək - 300 YENİ İŞ YERİ

Azərbaycanda tütünün qurudulması və emalını həyata keçirən müəssisə inşa ediləcək - 300 YENİ İŞ YERİ
Sosial 97

“SADIQ 06” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Masallı Sənaye Məhəlləsinin rezidentliyi statusu verilib, bununla da Sənaye Məhəlləsinin rezidentlərinin sayı 10-a çatıb.

İZİA-dan BAKU.WS-ə verilən məlumata görə, yeni rezident “SADIQ 06” MMC Masallı Sənaye Məhəlləsinin ərazisində tütünün qurudulması və emalını həyata keçirən müəssisə inşa edəcək.

İnvestisiya həcmi 1,9 milyon manat olan müəssisədə 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər