Azərbaycanda tutulan rusiyalı fərari ölkəsinə təhvil verildi

Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə təhvil verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya vətəndaşı 1997-ci il təvəllüdlü Savlatov Sotim Zuxuroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin vəsatəti təmin edilib.
Rusiyada səfərbərlik və ya hərbi vəziyyət dövründə, müharibə vaxtı və ya silahlı münaqişə və ya hərbi əməliyyatların aparılması şəraitində hərbi xidmətə çağırış və ya kontrakt üzrə xidmət edən hərbi qulluqçu tərəfindən özbaşına hərbi hissəni və ya xidmət yerini tərk etmə, habelə üzrlü səbəblər olmadan bir aydan artıq müddətdə xidmətə vaxtında gəlməmə əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.Z.Savlatov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bu gün Rusiyanın səlahiyyətli orqanına təhvil verilib.

Oxşar xəbərlər
Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib
Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib. "Report"un Şimal bürosunun məlumatına görə, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun...