Azərbaycanda təhsil ocaqları ilə bağlı YENİLİK - 5,8 milyon manat ayrıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda təhsil müəssisələrində deratizasiya (zərərvericilərlə mübarizə), dezinseksiya (həşəratlara qarşı mübarizə) və dezinfeksiya (mikrobların zərərsizləşdirilməsi) işləri görüləcək.
BAKU.WS-in Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, görüləcək işlər üçün ayrılan məbləğ 5 milyon 887 min manat təşkil edir.
Sanitar xidmətlərin məqsədi təhsil müəssisələrində sağlam və təhlükəsiz mühitin təmin edilməsidir. Uşaqların daha steril şəraitdə təhsil alması, infeksiya risklərinin azalması və gigiyenik standartların yüksəldilməsi prosesin əsas hədəfləri hesab olunur.
Bu istiqamətə ayrılan böyük həcmli vəsait təhsil ocaqlarında sanitar-gigiyena təhlükəsizliyi ilə bağlı cari problemlərin həllinə mühüm töhfə verəcək.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...