Azərbaycanda teatr direktorunun vəzifəsinə xitam verildi

Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib.
BAKU.WS xəbər verir ki, bu barədə apa-ya teatrın mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, direktor Tofiq Heydərovun vəzifəsinə yanvarın 17-dən xitam verilib.
"Teatrın direktor müavini İntiqam Hacılı direktor vəzifəsini müvəqqəti olaraq icra edir. Hazırda teatrda təhvil-təslim işləri aparılır", - məlumatda deyilir.
İntiqam Hacılı isə bildirib ki, Lənkəran Teatrında hazırda aparılan təhvil-təslim prosesi indiyə kimi bu formada aparılmayıb:
"Belə bir təhvil-təslim prosesi indiyə kimi bizim teatrda aparılmayıb. Yəni nə var, hər bir şeyin hesabatını aparırıq. Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi, ona görə proses yanvarın 28-dən başladı. Bir neçə günə, yəqin ki, bitər".
Oxşar xəbərlər
Mingəçevir Teatrının direktoru işdən çıxarılıb
Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib. BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab...
