Mingəçevir Teatrının direktoru işdən çıxarılıb

Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib.
BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, cari ilin sentyabr ayında bəzi kütləvi informasiya vasitələrində Mingəçevir Dövlət Dram Teatrında baş verən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatlar dərc olunub:
"Müvafiq məsələ Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nəzarətə götürülüb və yerində xidməti araşdırma aparılıb. Araşdırma nəticəsində teatrın fəaliyyətində aşkar edilmiş ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməkdədir”.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən 28.10.2022-ci il tarixindən Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...
