Azərbaycanda tanınmış universitetin binası təmir ediləcək
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) əsas tədris binasının əsaslı təmiri üçün müsabiqə elan edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 244,149.08 AZN təşkil edir.
Təmir işləri çərçivəsində binanın ümumi yenilənməsi və müxtəlif konstruksiya elementlərinin bərpası nəzərdə tutulur. Təmir işləri bina infrastrukturunun müasir standartlara uyğunlaşdırılmasını və tələbələr üçün daha komfortlu və təhlükəsiz mühitin yaradılmasını hədəfləyir.
Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetində 3 fakültə və 8 kafedra fəaliyyət göstərir. ATMU-da tədris təhsilin bakalavriatura, magistratura və doktorantura pillələri, həmçinin əlavə təhsil proqramı üzrə həyata keçirilir.
Oxşar xəbərlər
Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər
Geyindiyimiz paltarlar bəzən dərimizdə dərin izlər buraxır. Hətta üzdə və gözlərin ətrafında şişkinliyə gətirib çıxarır. Bəs bu əlamətlər hansı hallarda ciddi s...