Azərbaycanda SSRİ pasportu ilə yaşayanlara müraciət edildi - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov ölkə ərazisində keçmiş SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərə müraciət edib.
BAKU.WS xəbər verir ki, müraciət V.Hüseynovun rəsmi “Facebook” səhifəsində yayımlanıb.
V.Hüseynov qeyd edib ki, Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərindən biri də vətəndaşsızlıq hallarının aradan qaldırılmasıdır:
“Hazırda heç bir ölkənin vətəndaşlığına mənsub olmayan, ölkə ərazisində keçmiş SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərin Xidmətə müraciət etməsini xahiş edirik. Ətrafınızda belə şəxslər varsa, tanıyırsınızsa, onları məlumatlandıra və ya əlaqə vasitələrini bizə göndərə bilərsiniz”.
Oxşar xəbərlər
Qaçqın statusu ilə yaşayanların sayı çoxalıb - RƏSMİ
"2018-ci ildə Azərbaycanda 41 030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib".BAKU.WStrend-ə istinadən xəbər verir ki, bu haqda...