Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 44 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 618 nəfər müalicə olunaraq sağalıb, hazırda 220 aktiv xəstə var. Bu günə qədər 9 967 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 101, bu günə qədər isə ümumilikdə 7 349 698 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada 33 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 33 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...
