Azərbaycanda son sutkada 49 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Azərbaycanda son sutkada 49 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Sosial 58

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 49 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 23 nəfər isə sağalıb, 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 316 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 834 nəfər müalicə olunaraq sağalıb, hazırda 244 aktiv xəstə var. Bu günə qədər 10 238 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 081, bu günə qədər isə ümumilikdə 7 588 338 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 248 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 960 299 olub.

Oxşar xəbərlər

Son sutkada yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Son sutkada yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti ya...

66 Sosial 18:42 27 aprel 2023

Son xəbərlər