Azərbaycanda siqaret bahalaşdı

01
iyl
2020
10:32
Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, ölkə ərazisində siqaret əvvəlki vaxtlarla müqayisədə 10 qəpik baha satılır.
"Bir neçə gündür ki, topdansatış mərkəzlərində siqaretin satışı dayandırılmışdı. Firmalar dünəndən bizə siqaret vermirdilər. Buna görə ehtimal edirdik ki, qiymətlər artacaq. Çünki, topdansatış mərkəzləri həmişə qiymət artımından 2-3 gün əvvəl satışı dayandırırlar", - deyə pərakəndə siqaret satıcıları bildirib.
Oxşar xəbərlər
İlham Əliyev: "Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər"
Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər. BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qax...