Azərbaycanda şadlıq sarayının sahibi karantin qaydalarını pozduğu üçün həbs olundu - FOTO

Azərbaycanda şadlıq sarayının sahibi karantin qaydalarını pozduğu üçün həbs olundu - FOTO
Foto
Sosial 259

Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Göytəpə şəhəri ərazisində yerləşən “Yaşar” şadlıq sarayında təşkil edilən şənlik mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Aşkarlanaraq hallarla bağlı həmin şadlıq sarayının sahibi İltizam Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gündən toylara icazə verilir

Bu gündən toylara icazə verilir

Bu gündən toy, nişan, ad günləri kimi mərasimlərin keçirilməsinə icazə verilir. BAKU.WS-in məlumatına görə, bu barədə “Xüsusi karantin rejiminin müddətinin uzad...

290 Sosial 08:41 01 iyul 2021

Son xəbərlər