Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda seçicilərin sayı açıqlanıb.
BAKU.WS-in xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib ki, ölkədə səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var.
“Onların 3 milyon 005 min 121 nəfəri kişi (47,44%), 3 milyon 329 min 057 nəfəri isə qadındır (52,56%)”, - o bildirib.
Qeyd edək ki, seçki qanunvericiliyinin tələblərinə əsasən bu ilin yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib, ardıcıl, sistemli və intensiv şəkildə aparılan genişmiqyaslı və əhatəli prosesdən sonra cari il üçün seçici siyahılarının hazırlanması başa çatıb.
Oxşar xəbərlər
Gözdən əlillər üçün tikilən mənzilləri 6 milyon manata satan şəxsin məhkəməsi keçirilib
Bakı Ağır Cinayətlər məhkəməsində dələduzluqda təqsirləndirilən Məzahir Nəsibovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. BAKU.WS Trend...
