Azərbaycanda rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq.
BAKU.WS APA-ya istinadən xəbəe verir ki, bu, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2022-2026-cı illərdə yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi məqsədilə həmin xidmətlərin Elektron Hökumət Portalına inteqrasiya olunmuş vahid rəqəmsal icra hakimiyyəti portalı üzərindən göstərilməsini təmin etməlidir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...