Azərbaycanda qızılcaya və suçiçəyinə tutulanların sayı açıqlandı

Azərbaycanda qızılcaya və suçiçəyinə tutulanların sayı açıqlandı
Sosial 363
Ötən il Azərbaycanda 52 nəfər qızılca xəstəliyinə tutulub. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.Məlumata əsasən, xəstəliyə tutulanlardan 35 nəfəri kişi, 17 nəfəri qadın, 10 nəfəri isə 0-17 yaş qrupuna aid şəxslərdir. Bundan başqa, 2018-ci ildə 15870 nəfər suçiçəyi xəstəsi kimi qeydə alınıb ki, onlardan 8517-si kişi, 7353-ü qadın, 13780-i 0-17 yaş aralığına aiddir.Komitədən bu ilin statistikası haqqında da məlumat verilib. Bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində 279 nəfər qızılca xəstəliyinə tutulub.Onlardan 140 nəfəri kişi, 139 nəfəri qadın, 62 nəfəri isə 0-17 yaş qrupunda olan xəstələrdir. Bundan başqa 2019-cu ilin 6 ayı ərzində 11301 nəfər suçiçəyi xəstəsi kimi qeydə alınıb. Xəstələrdən 6089-u kişi, 5212-si qadın, 9543-ü isə 0-17 yaş aralığında olanlardır.Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən il ölkə üzrə suçiçəyi xəstəliyindən biri qız, biri oğlan olmaqla 2 nəfər ölüb. Qızılca xəstəliyindən isə ölüm halı qeydə alınmayıb.

Oxşar xəbərlər

Bu il 3 nəfər qaraya, 289 nəfər brüselyoza yoluxub - RƏSMİ STATİSTİKA

Bu il 3 nəfər qaraya, 289 nəfər brüselyoza yoluxub - RƏSMİ STATİSTİKA

Ötən il Azərbaycanda 594 nəfərdə salmonellyoz infeksiyaları aşkarlanıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, hə...

1485 Sosial 12:29 30 avqust 2019

Son xəbərlər