Azərbaycanda qaya uçdu, yol bağlandı
12
okt
2021
09:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.
Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.
Oxşar xəbərlər
Axşama doğru Azərbaycanın avtomobil yollarında son vəziyyət
Azərbaycan Respublikasının əsas avtomobil yollarının vəziyyət açıqlanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı-Quba-Rusiya Feder...