Azərbaycanda qardaşın xəstə qardaşına sevgisi hamını duyğulandırdı - VIDEO

Azərbaycanda qardaşın xəstə qardaşına sevgisi hamını duyğulandırdı - VIDEO
Sosial 1073

Sosial şəbəkədə azyaşlının xəstə qardaşına qarşı göstərdiyi nəvazişi əks etdirən görüntünün yayılması minlərlə insanın marağına səbəb olub.

BAKU.WS xəbər verir ki, görüntülərdə yeriyə bilməyən və leykoz xəstəliyindən əziyyət çəkən azyaşlıya qardaşının sevinc hissi yaşatması öz əksini tapıb.

Celilabad rayonunda yaşayan Sadiqi çiyninə alaraq onunla futbol oynayan qardaşı Məzahirin bu fədakarlığı hamını duyğulandırıb.

Ayaq üstə dayanmaqda çətinlik çəkən azyaşlı qardaşının çiyinləri üzərində futbol oynayaraq arzusunu gerçəkləşdirmiş olub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva azyaşlının müalicəsini öz üzərinə götürüb. Hazırda Sadiqin Mərkəzi Klinikada müalicəsi davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər