Azərbaycanda qara kürü istehsalı 2 dəfədən çox artıb

Azərbaycanda qara kürü istehsalı 2 dəfədən çox artıb
Sosial 56

2025-ci ildə Azərbaycanda 3192.81 kq nərə balığının kürüsü (qara kürü) istehsal edilib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu göstəricinin həcmi 2024-cü illə müqayisədə 2.4 dəfə və ya 1848 kq çoxdur. Belə ki, 2024-cü ildə Azərbaycanda 1344.30 kq nərə balığının kürüsü istehsal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 1 milyon 18.2 min ABŞ dolları dəyərində 1 ton nərə balığının kürüsü ixrac edilib.

Xatırladaq ki, ötən il Azərbaycana Çindən 2 milyon 530 min ABŞ dolları dəyərində 8.4 ton qara kürü idxal edilib. Bu məhsulun 1 kq-nın orta idxal qiyməti isə 513 manat təşkil edib.

Son xəbərlər