Azərbaycanda plastik əməliyyatların sayı son 5 ildə 2 dəfəyə yaxın artıb

Azərbaycanda plastik əməliyyatların sayı son 5 ildə 2 dəfəyə yaxın artıb.
BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsi Azərbaycanda plastik və estetik əməliyyatların son 5 ilə dair statistikasını açıqlayıb.
Rəsmi məlumata görə, 2020-ci ildə ölkədə 9 251 plastik əməliyyat icra olunub. Bu rəqəm 2024-cü ildə 16 408-ə yüksələrək 77 faiz artım qeydə alıb. Onların içində estetik əməliyyatların sayı isə 2020-ci ildə 5 252 olduğu halda, 2024-cü ildə 10 766-ya çatıb.
İllər üzrə göstəricilər belədir:
-
2020: 9 251 plastik əməliyyat, onlardan 5 252 estetik əməliyyat
-
2021: 11 518 plastik, 6 061 estetik əməliyyat
-
2022: 11 269 plastik, 7 265 estetik əməliyyat
-
2023: 14 647 plastik, 9 441 estetik əməliyyat
-
2024: 16 408 plastik, 10 766 estetik əməliyyat
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Azərbaycanda rəqəmsal məktəb layihəsi çərçivəsində "chatbot" hazırlanır
Azərbaycanda rəqəmsal məktəb layihəsi çərçivəsində uşaqların suallarına cavab verəcək "chatbot" hazırlanır. BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında...
