Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
Sosial 7

Azərbaycanda son sutkada 1 823 nəfər vaksinasiya olunub.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, gün ərzində birinci doza vaksinlərin sayı 459, ikinci doza vaksinlərin sayı 178-dir.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 991-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 195 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 783 622, birinci doza peyvəndlərin ümumi sayı 5 359 933, ikinci doza vaksinlərin sayı 4 855 530 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 317 503, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 250 656 olub.

Oxşar xəbərlər

Son xəbərlər