Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı artırılıb
15
fev
2025
12:11
Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı artırılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq Qərar verib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Bununla da Novruz tətili 11 gün davam edəcək.
Oxşar xəbərlər
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu
27 yaşlı İlkin İsgəndərli 2024-cü ildə tələbə yoldaşının toyuna qatılmaq üçün Ağdaş rayonuna gedib. Lakin o, toy mərasimindən sonra evinə qayıtmayıb. BAKU.WS Ba...