Azərbaycanda minlərlə tələbənin yataqxanaya ehtiyacı var - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda tələbələrin böyük əksəriyyətinin yataqxanaya ehtiyacı var".
BAKU.WS xəbər verir ki, bu sözləri İctimai kanalda yayımlanan "Sabaha saxlamayaq" verlişində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə deyib.
O, həmçinin yataqxananın təkcə məskunlaşma məkanı olmadığını bildirib: "Təxminən Azərbaycanda 180 min tələbə təhsil alırsa, onun böyük əksəriyyətinin yataqxanaya ehtiyacı var. Yataqxana təkcə tələbənin yaşadığı yer kimi nəzərdə tutulmamalıdır.
Yataqxana tələbənin ictimai həyatda formalaşmasına çox mümüm rol oynayan bir obyektdir. Həm vaxt, həm rahatlıq, həm tələbələrin bir-biri ilə ünsiyyəti, gələcək həyata hazırlaşması baxımından yataqxana çox vacib obyektdir".
Oxşar xəbərlər
Bəzi tələbələrin təhsil haqlarını dövlət ödəyəcək - TƏFƏRRÜAT - VİDEO
Ödənişli əsaslarla oxuyan, amma təhsil haqqını ödəməkdə çətinlik çəkən bəzi tələbələrin təhsil haqları dövlət hesabına ödəniləcək.Dövlət büdcəsi vəsaiti hesabın...