Bəzi tələbələrin təhsil haqlarını dövlət ödəyəcək - TƏFƏRRÜAT - VİDEO

21
fev
2019
08:22
Ödənişli əsaslarla oxuyan, amma təhsil haqqını ödəməkdə çətinlik çəkən bəzi tələbələrin təhsil haqları dövlət hesabına ödəniləcək.Dövlət büdcəsi vəsaiti hesabına Gənclər Fondu tərəfindən təhsil haqları maliyyələşdiriləcək gənclər müsabiqə əsasında seçiləcək.Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun sözlərinə görə, bununla bağlı müraciətlərin qəbulu yay aylarında başlayacaq.Fərid Cəfərov bildirib ki, ötən il müvafiq proqramla bağlı fonda 724 müraciət daxil olub. Seçim əsasında 237 tələbənin təhsil haqqı ödənilib. İcraçı direktor deyib ki, müraciətlər daxil olduqdan sonra tələbənin vəziyyəti araşdırılır, onunla bağlı ali məktəblərdən məlumatlar toplanır. Gözlənilir ki, bu il daha çox tələbənin təhsil haqqı ödəniləcək. Tələbələr seçilərkən bir sıra meyarlar nəzərə alınacaq, daha çox sosial müdafiəyə ehtiyacı olan gənclərə üstünlük veriləcəkBundan əlavə, Gənclər Fondu xaricdə təhsil proqramı üzrə maliyyələşdirməni həyata keçirə bilər.Bu arada, Gənclər Fondunun Müşahidə Şurasının cari ildə ilk iclası keçirilib. İclasda şuranın gündəliyi müzakirə edilib.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Tələbələrin köçürülməsi başladı
Azərbaycanda bu gündən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, elə...
