Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınmayıb - RƏSMİ
13
iyl
2022
12:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.
Səhiyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə vəziyyət sabitdir, epidemioloji vəziyyət izlənilir.
Qeyd olunub ki, yoluxma faktı qeydə alınmadığı üçün sözügedən xəstəliyin diaqnostik testlərindən istifadə edilməyib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.
Oxşar xəbərlər
Səhiyyə Nazirliyi koronavirus testləri ilə bağlı narazılıqlara münasibət bildirib
“Komputer tomoqrafiya (KT) müayinəsi zamanı əldə edilən buzlu şüşə görüntüsü yalnız COVID-19 infeksiya mənşəli pnevmoniyalarda əmələ gəlmir”. BAKU.WS “Report”a...