Azərbaycanda məktəb direktoru vəzifəsindən azad olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Şərur rayonunda məktəb direktoru işində yol verdiyi nöqsana görə vəzifəsindən azad olunub.
BAKU.WS xəbər verir ki, Şərur rayon Təhsil Şöbəsi tərəfindən Muğancıq- Mehrab kənd tam orta məktəbində aparılan yoxlamalar zamanı məktəbin direktoru Sinduz Cəfərovanın fəaliyyəti dövründə maliyyə pozuntusuna və vəzifə səlahiyyətlərində nöqsanlara yol verdiyi aşkarlanıb.
Şərur rayon Təhsil Şöbəsinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə Sinduz Cəfərova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 15 mart 2024-cü il tarixində vəzifəsindən azad olunub.
Oxşar xəbərlər
Azərbaycanda dörd direktor işdən qovuldu - RƏSMİ
Təhsil nazirinin müvafiq əmrinə əsasən, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində araşdırma aparılıb. Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, a...