Azərbaycanda koronavirusun ən çox yayıldığı ərazilər - SİYAHI

Azərbaycanda koronavirusun ən çox yayıldığı ərazilər - SİYAHI
Sosial 271

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

BAKU.WS "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 54.2 faiz. Abşeronda bu rəqəm 13.4 faiz, Aranda 12.1 faiz, Gəncə-Qazaxda 7.0 faiz, Şəki-Zaqatalada 3.6 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.3 faiz, Yuxarı Qarabağda 1.5 faizdir.

Naxçıvanda yoluxma 0.07 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Bakıda isə koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi Binəqədi rayonudur. Bakıda aşkarlanan yoluxma faktlarının 14,6%-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,6%-lə Xətai, 11,8%-lə Yasamal və Sabunçu, 8,4%-lə Suraxanı, 7,8%-lə Nərimanov, 7,6%-lə Nəsimi, 7,5%-lə Xəzər, 7,2%-lə Nizami, 4,9%-lə Səbail, 4,4%-lə Qaradağ, 0,5%-lə isə Pirallahı qərarlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər