Azərbaycanda koronavirus ən çox bu ərazilərdə yayılıb - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
BAKU.WS xəbər verir ki, ölkə üzrə ən çox yoluxma həmişəki kimi Bakının payına düşür. 54 faizdən çox yoluxma paytaxtda qeydə alınıb.
Bakıda isə ən çox yoluxma yenə də Binəqədi rayonunda qeydə alınıb. Binəqədi rayonunda 14,6 faiz yoluxma olub.
Sonrakı yerlərdə 13,4%-lə Xətai, 12,2%-lə Yasamal, 11,2%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,9%-lə Nəsimi, 7,2%-lə Xəzər, 7,1%-lə Nizami 5%-lə Səbail, 4,5%-lə Qaradağ, 0,5%-lə isə Pirallahı qərarlaşıb.
Bölgələrdə isə yoluxma göstəricisi belə qeyd edilib:
Yoluxma göstəricisi Abşeronda 13%, Aranda 12%, Gəncə-Qazaxda 7,2%, Şəki-Zaqatalada 4,1%, Quba-Xaçmazda 3,1%, Lənkəranda 2,4%, Dağlıq Şirvanda 2,3%, Yuxarı Qarabağda 1,4%, Naxçıvan Muxtar Respublikasında 0,8%-dir.
Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,3% təşkil edir.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusun ən geniş yayıldığı ərazilər məlum olub
Azərbaycanda koronavirusa (COVID-19) yoluxma göstəriciləri ilə bağlı yeni statistika açıqlanıb. BAKU.WS “report”a istinadən xəbər verir ki, qeydə alınan yoluxma...