Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr - SİYAHI

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.
BAKU.WS koronavirusinfo.az saytına istinadən xəbər verir ki, rəsmi rəqəmlərə əsasən ən çox yoluxma 55,9 faizlə Bakının payına düşür.
Sonrakı yerlərdə 15,4 faizlə Abşeron, 10,5 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2,1 faizlə Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.
Ən az yoluxma 0,4 faizlə Naxçıvan Muxtar Respublikasındadır.

Bakı şəhərində ən çox yoluxma halları üzrə statistika da məlum olub. Paytaxt üzrə ən çox yoluxma faktı qeydə alınan ərazi 14,2 faizlə Binəqədi rayonudur. Ən az yoluxma isə 0,3 faizlə Pirallahı rayonunun payına düşür.

Oxşar xəbərlər
Azərbaycanın bu hisəsində koronavirus daha çox yayılıb - RƏSMİ
Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. BAKU.WS “sfera.az”a istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər ən çox yolux...
