Azərbaycanda koronavirusa yoluxma yenidən 100-ün altına düşdü

Azərbaycanda koronavirusa yoluxma yenidən 100-ün altına düşdü
Sosial 853

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 836 nəfər müalicə olunaraq sağalıb, 3 202 nəfər vəfat edib, aktiv xəstə sayı 2 163 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 942, ötən müddət ərzində isə ümumilikdə 2 555 058 test aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər