Azərbaycanda koronavirusa yoluxma sayı xeyli artdı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 735 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 498 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 964 nəfər müalicə olunaraq sağalıb, 6 734 nəfər vəfat edib. 14 932 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 346, bu günə qədər isə ümumilikdə 5 000 973 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxma sayı yenə artdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1448 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanı...