Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1 241 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 481 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452 968 nəfər müalicə olunaraq sağalıb, 6 476 nəfər vəfat edib. 21 957 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 684, bu günə qədər isə ümumilikdə 4 830 338 test icra olunub.

Oxşar xəbərlər
Azərbaycanda daha 3 968 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 968 yeni yoluxma faktı qeydə alınıb, 1 151 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operati...
