Azərbaycanda koronavirusa yoluxanların sayı arta bilər - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"İnsanların sıx olduğu məkanlarda virus artacaqdır. Bunu biz ötən il də qeyd edirdik ki, payız və qış aylarında soyuq olduğu üçün insanlar daha çox kafe və restoranlara üz tuturdular. Buna görə də, yoluxma daha sürətlə artırdı".
BAKU.WS xəbər verir ki, bunu “ABR 24”ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.
"Yaz, yay və payızın əvvəllərində istər qrip, istərsə də koronavirus daha az yayılır. Çünki insanlar müxtəlif yerlərdədir. Amma toylar, böyük ad günləri və yas mərasimləri qaydalara riayət olunmaqla baş tutarsa, o zaman yoluxmanın sürətlə yayılmasının şahidi olmayacağıq", - deyə Nabil Seyidov əlavə edib.
Oxşar xəbərlər
"Delta" ştammı ilə bağlı XƏBƏRDARLIQ: Uşaqlar daha tez yoluxur - VİDEO
“Koronavirusun “Delta” ştammına uşaqlar, yeniyetmələr və gənclər daha tez yoluxur”. BAKU.WS xəbər verir ki, bunu “ABR 24”ün “Gündəm” verilişinə açıqlamasında Sə...