Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 876 yeni yoluxma faktı qeydə alınıb, 2 248 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 552 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 513 648 nəfər müalicə olunaraq sağalıb, 7 342 nəfər vəfat edib. 31 332 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 615, bu günə qədər isə ümumilikdə 5 309 867 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qə...