Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin 90 faizi sağalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirusa yoluxmuş tibb işçilərinin 90 faizi sağalaraq evə buraxılıb.
BAKU.WS-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Gəncədə dezinfeksiya ilə məşğul olan tibb işçiləri arasında koronavirusa yoluxma halları olub, amma bu, cəmi bir neçə faiz təşkil edib.
R.Bayramlı bildirib ki, yoluxmuş tibb işçilərinin 90 faizi sağalaraq evə buraxılıb: “Onlar arasında ağır vəziyyətdə olan şəxs yoxdur. Son günlər ərzində tibb işçiləri arasında yeni yoluxma halı qeydə alınmayıb”.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusun yayılmasına qarşı etibarlı sədd yaradılır - FOTO
Çinin Uhan vilayətində aşkarlanan və qısa zamanda bir sıra ölkələrə yayılan koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər aparılır. Bu çərçiv...