Azərbaycanda koronavirusa yoluxan 1 617 nəfərdən 1 080-i sağalıb

25
apr
2020
16:00
Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 1 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 080 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Oxşar xəbərlər
Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxub, 67 nəfər sağalıb
Azərbaycan Respublikasında 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 67 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Bu barədə BAK...
