Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxub, 67 nəfər sağalıb

Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxub, 67 nəfər sağalıb
Sosial 477

Azərbaycan Respublikasında 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 67 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1080 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat etmiş, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120.479 test aparılmışdır.

Oxşar xəbərlər

Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 65 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Bu barədə BAK...

1245 Sosial 15:50 24 aprel 2020

Son xəbərlər