Azərbaycanda koronavirusa gündəlik yoluxma 200-ə yaxınlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 190 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 794 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 998 nəfər müalicə olunaraq sağalıb, hazırda 867 aktiv xəstə var. Bu günə qədər 9 723 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 893, bu günə qədər isə ümumilikdə 7 002 575 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada 151 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 151 yeni yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qər...